
ABŞ Dövlət katibi Marko Rubio Donald Tramp administrasiyasının 2025-ci ildə 8 müharibəyə son qoyduğunu bildirib.
525.az xəbər verir ki, Ağ Ev Rubionun Tramp administrasiyasının 2025-ci illə bağlı qiymətləndirməsini sosial media hesabında paylaşıb.
Rubio 2025-ci ildə başa çatan münaqişələrə misal olaraq Hindistan və Pakistan, Kamboca və Tayland, eləcə də Azərbaycan və Ermənistan arasındakı münaqişələri göstərib.
Qəzza məsələsində də əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirən Rubio deyib: "Prezident Donald Tramp müdaxilə etdi, müharibəyə son qoydu və uzunmüddətli sabitlik və təhlükəsizlik üçün plan hazırladı".
ABŞ prezidentinin Avropa səfərləri zamanı NATO-ya üzv ölkələrin müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdığını qeyd edən Rubio, Tramp administrasiyasının sərhəd təhlükəsizliyinin təmin edilməsində və qanunsuz miqrantların ölkələrinə geri göndərilməsində mühüm rol oynadığını bildirib.
İbrahim Cəfərov



