
İspaniyada tibb işçilərinin səhvindən başqa ailəyə verilən 2 qız uşağı 15 il doğma valideynlərindən ayrı yaşamalı olublar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2002-ci ildə Laqronyo şəhərindəki San-Millen xəstəxanasında baş verib.
Səhvin üstü isə 8 il əvvəl açılıb. Qızlardan biri DNT testi verdikdən sonra hər şey aydınlaşıb. Ona dəyən mənəvi ziyana görə, La-Rioha əyalət məhkəməsi 6 illik çəkişmədən sonra qıza 975 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Digər qız da məhkəməyə müraciət edib.
3 milyon avro təzminat istəyən şikayətçinin məhkəmə prosesi hələ yekunlaşmayıb.
Qeyd edək ki, kompensasiya alan qız anasını həyatda görə bilməyib. Belə ki, qadın səhvin üstü açılmamış dünyasını dəyişib.
L.Tağıyeva



