
Fransada sürət həddini 50 km/saat aşan sürücüləri 3 aya kimi həbs cəzası gözləyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa onlar 3750 avro cərimə də ödəməli olacaqlar.
Yeni qərar 2025-ci il iyulun 9-da yol hərəkəti qaydaları haqqında qanuna edilən dəyişiklliklərdən sonra qəbul olunub və dekabrın 29-dan qüvvəyə minəcək.
Buna kimi analoji qayda pozuntusuna görə sürücülər yalnız cərimələnirdilər. Təkrar törədildiyi halda isə sürücülük hüququndan məhrum edilirdilər.
Yeri gəlmişkən, 2024-cü ildə sürət həddini 50 km/saatdan çox aşmaqla bağlı 63217 fakt qeydə alınıb. Bu, 2017-ci illə müqayisədə 69 faiz çoxdur.
L.Tağıyeva



