
Mayduquri şəhərindəki məsciddə törədililmiş partlayış nəticəsində azı 7 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, srağagün Bakı vaxtı ilə 20.00-da baş vermiş partlayışı heç bir terror qruplaşması üzərinə götürməyib.
Bununla belə, yerli polis orqanlarının nümayəndəsi Nahum Daso hadisənin terror aktı olduğunu təsdiqləyib. Partlayışdan sonra məsciddə başqa partlayıcı qurğunun olub-olmaması üçün əraziyə hərbçilər cəlb edilib.
Yeri gəlmişkən, partlayışın şam namazından törədilməsi insan itkisinin çox olmasına səbəb olub. Onlarla insan yaralanıb. Onların arasında vəziyyəti ağır olanlar var k, bu da ölü sayının artacağını istisna etmir.
L.Tağıyeva



