
Ermənistan Milli Konqres Partiyası 2026-cı il parlament seçkilərində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini, sabiq deputat Aram Manukyan mətbuat konfransında bildirib.
O deyib ki, qarşıdan gələn seçkilərdə iştirak etmək və partiyanın İdarə Heyətinin sədr müavini Levon Zurabyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.
Manukyanın sözlərinə görə, partiya koalisiya yaratmaq üçün müxtəlif siyasi qüvvələr, ziyalılar və hüquqşünaslarla dialoq aparacaq.
“Ermənistan Milli Konqresi”nin sədri birinci prezident Levon Ter-Petrosyandır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.
Pərvanə Sultanova



