
Çin Tayvana silah satışına görə 10 şəxsə və 20 Amerika müdafiə səneyesi şirkətinə qarşı sanksiyalar tətbiq edib.
525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada deyilir: "ABŞ bu yaxınlarda Çinin Tayvan bölgəsinə genişmiqyaslı silah satışını elan etməsi "Vahid Çin" prinsipini və Çin ilə ABŞ arasında üç birgə kommunikeni ciddi şəkildə pozdu. ABŞ bununla Çinin daxili işlərinə ciddi şəkildə müdaxilə edib və ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirib".
Sanksiyalar Boeing-in Sent-Luis filialına, Northrop Grumman Systems Corporation, L3Harris Maritime Services, Gibbs & Cox, Advanced Acoustic Concepts, VSE Corporation, Sierra Technical Services, Red Cat Holdings, Teal Drones, ReconCraft, High Point Aerotechnologies, Epirus, Dedrone Holdings, Area-I, Blue Force Technologies, Dive Technologies, Vantor, Intelligent Epitaxy Technology, Rhombus Power Inc. və Lazarus Enterprises şirkətlərinə qarşı tətbiq edilib.
Çin, həmçinin siyahıda olan bəzi şirkətlərin yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar elan edib. Onların ölkəyə girişi qadağan olunub, Çindəki bütün aktivləri, eyni zamanda əmlakları (əgər varsa) dondurulacaq, yerli şirkətlərə onlarla iş görmək qadağan ediləcək.
Pərvanə Sultanova



