
ABŞ-nin Arkanzas ştatından olan bir şəxs “Powerball” lotereyasında böyük uduş əldə edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs 1.8 milyard dollarlıq cekpot qazanıb.
Bu, ABŞ tarixində ikinci ən böyük uduşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Kaliforniyada bir nəfər “Powerball”da 2,04 milyard dollar qazanıb.
İbrahim Cəfərov



