
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Somalilend Respublikasını müstəqil və suveren dövlət kimi tanıdığını elan edib.
525.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir bu gün Somalilend Respublikasının müstəqil və suveren dövlət kimi rəsmi tanındığını elan etdi. Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın prezidenti Abdirahman Mohamed Abdullahi birgə bəyannamə imzalayıblar. Bu bəyannamə prezident Donald Trampın təşəbbüsü ilə imzalanmış İbrahim Sazişlərinin ruhuna uyğundur”, - məlumatda deyilir.
Ofis əlavə edib ki, İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində geniş əməkdaşlıq vasitəsilə Somalilend Respublikası ilə dərhal əlaqələri gücləndirməyi planlaşdırır.
İsrailin xarici işlər naziri bildirib ki, Netanyahu və Abdullahinin qərarına uyğun olaraq, bu gün İsrail və Somalilrnd arasında səfirlərin təyin edilməsi və səfirliklərin açılmasını ehtiva edən qarşılıqlı tanınma və tam diplomatik münasibətlərin qurulması haqqında saziş imzalanıb.
Somalinin şimal-qərbində, Qırmızı dənizdə yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib, lakin hələ də beynəlxalq səviyyədə tanınmayıb. Bu ərazi dünyada Somalinin bir hissəsi kimi qəbul olunur.
Pərvanə Sultanova



