
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəsin bərpası ilə bağlı birgə bəyanat imzalayıblar.
525.az xəbər verir ki, bu barədə “Thai PBS” telekanalış məlumat yayıb.
“Tailandın müdafiə naziri Nattaphon Nhakphanit və Kambocanın müdafiə naziri Tea Seikhi dekabrın 27-dən atəşkəs rejiminin bərpasına dair birgə bəyanat imzalayıblar”, - deyə məlumatda deyilir.
İlkin atəşkəsin 72 saat davam edəcəyi gözlənilir.
İbrahim Cəfərov



