
Peruda 6 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Alman Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Perunun şimal sahillərində olduğu bildirilib.
Ölkənin sahilyanı əraziləri üçün sunami xəbərdarlığı etməyən səlahiyyətlilər, zəlzələdə ölən və ya xəsarət alan olmadığını açıqlayıb.
İbrahim Cəfərov



