
Braziliyanın Rio-de-Janeyro ştatının yaxınlığında reklam pankartı daşıyan “Cessna 170A” ultra yüngül təyyarə dənizə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir pilot həlak olub.
Pilotun meyiti şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Digər mümkün qurbanların və təyyarənin qalıqlarının tapılması istiqamətində işlər davam etdirilir.
Braziliya Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmaya başlayıb.
İbrahim Cəfərov



