
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında tezliklə təkrar telefon danışığı baş tutacaq”.
525.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Prezidentlər arasında növbəti tetefon danışığı ilə bağlı suala Peskov "ən yaxın zamanda, məlumat verəcəyik", - deyə cavab verib.
O, həmçinin qeyd edib ki, Kreml hələ Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında baş tutan son danışıqların təfərrüatlarından xəbərsizdir və buna görə də bu barədə şərh verməkdən imtina edib.
Pərvanə Sultanova



