
ABŞ-də 2 helikopter havada toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 12.25-də Nyu-Cersidə, Hammilton hava limanı yaxınlığında baş verib.
Qəza iştirakçıları olan "Enstrom F-28A" и "Enstrom 280C" helikopterlərindən biri düşdükdən sonra alışıb. İlkin məlumata görə, 1 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, qəzanın baş vermə səbəbləri bəlli deyil. Federal Mülki Aviasiya İdarəsi (FFA) tərəfindən raşdırma aparılır.
L.Tağıyeva



