
Dünən Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçirilən etiraz aksiyalarında 4 nəfər həlak olub.
525.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA Səhiyyə İdarəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bəzi ərazilərdə zorakılığa çevrilən etirazlarda yaralananların sayı isə 108-ə çatıb.
İbrahim Cəfərov



