
Hindistanı bürüyən sıx duman hava limanlarında ciddi problem yaradıb.
525.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, paytaxtı bürüyən duman İndira Qandi Beynəlxalq Hava Limanında uçuşlarda fasilələrə səbəb olub.
Görünüşün demək olar ki, sıfıra düşməsi səbəbindən ən azı 128 uçuş ləğv edilib və 8 uçuş digər hava limanlarına yönləndirilib.
Bu arada, sıx duman ölkə daxilində dəmir yolu xidmətlərində də fasilələrə səbəb olub və bir çox qatar nəzərdə tutulandan daha gec yola düşüb.
İbrahim Cəfərov



