
İndoneziyada qocalar evində baş verən yanğın nəticəsində azı 16 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə dünən səhər Şimali Sulavesi əyalətinin Manado şəhərində baş verib.
2 saat davam edən yanğının söndürülməsinə 6 yanğınsöndürmə briqadası cəlb edilib. Məhz onların verdiyi məlumata görə, 15 nəfər diri-diri yanıb, 1 nəfər isə tüstüdən zəhərlənərək ölüb.
Qeyd edək ki, daha 15 nəfər yanıq və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər.
L.Tağıyeva



