
İspaniyada vəhşi qabanların hava limanının ərazisinə soxulması təyyarələrin hərəkətində 2 saatlıq fasiləyə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı hadisə La-Korunya hava limanında baş verib.
Hərəkət zolağında qaçışan heyvanlara görə reyslərdə gecikmə yaranıb. Üstəlik, aeroporta etməli olan təyyarələr də bir müddət havada qalmalı olub.
Qaban sürüsü 2 saatdan sonra ərazidən çıxarıldıqdan sonra hava limanında fəaliyyət tam bərpa edilib.
Qeyd edək ki, heyvanların hava limanının ərazisinə necə girmələri bəlli deyil.
L.Tağıyeva



