
Faciəvi hadisə Hindistanda, Uttarakhand ştatının Naynital bölgəsində baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, leopard meşəlik ərazidə Hema Devi adlı qadına hücum edib.
Şikarını meşəlik əraziyə sürüyən vəhşi orada onu parçalayıb. Hemanın cəsədinin qalıqları bir neçə saatdan sonra həmkəndliləri tərəfindən aşkarlanıb.
Qeyd edək ki, meşə təsərrüfatı departamentinin əməkdaşları leopardı tutmaq üçün ərazidə bir neçə tələ quraşdırıblar. Mərhumun ailəsinə isə 1 milyon rupi (təxmini 18900 manat) təzminat ödənilib.
L.Tağıyeva



