
“Ukrayna tezliklə “İstəklilər koalisiyası”ndan olan tərəfdaşlarla bir sıra mühüm görüşlər, eləcə də dünya liderləri səviyyəsində danışıqlar keçirəcək”.
525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da yazıb.
O bildirib ki, koalisiya ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə görüşmək barədə artıq razılığa gəlinib:
“Biz 3 yanvarda Ukraynada görüşməyi planlaşdırırıq. Bundan sonra danışıqlar liderlər səviyyəsində davam etdiriləcək. Bu görüşün isə yanvarın 6-da Fransada keçirilməsi planlaşdırılır", - Zelenski bildirib.
Pərvanə Sultanova



