https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

Neymar qərarını verdi

Neymar qərarını  verdi

Braziliyalı futbolçu Neymar gələcək karyerası ilə bağlı seçimini edib.

525.az xəbər verir ki, o, karyerasını hazırkı klubu “Santos”da davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, 33 yaşlı forvard Braziliya klubu ilə sözləşməsini daha 1 illiyinə artırıb.

Qeyd edək ki, Neymarın “Santos”la hazırkı müqaviləsi dünən başa çatıb. Onun karyerasını yenidən Avropada davam etdirəcəyi barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Neymar 1 il əvvəl “Santos”a “Əl-Hilal”dan keçib. O, cari mövsüm 30 matçda 11 qol vurub, 4 dəfə məhsuldar ötürmə müəllifi olub.

İbrahim Cəfərov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.