Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) dayanma və durma qaydasını pozan sürücülərə qarşı reyd keçirir.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtın mərkəzi küçələrində dayanma və durma, həmçinin parklanma qaydasını pozan sürücülərə qarşı BŞDYPİ-də yaradılan qrup tərəfindən keçirilən reyd zamanı ötən həftədən bu günə qədər 60-dan artıq sürücünün dayanma və durma qaydasını dördüncü dəfə pozduğu məlum olub və barələrində inzibati protokol tərtib edilib.
Şöbə rəisi bildirib ki, dayanma və durma, həmçinin parklanma qaydasını pozan sürücülərin əksəriyyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatların əhatə dairəsində nəqliyyat vasitələrini park etdiyi, lakin avtomobili yolun ikinci zolağında saxladıqları üçün barələrində müvafiq tədbir görülüb.
V. Əsədov sürücülərə dayanma və durma həmçinin parklanma qaydasına riayət etməyi tövsiyə edib.