|
|
|
|

Şirkət, “Siri”ni “ChatGPT” və “Gemini” kimi platformalarla rəqabət apara biləcək inkişaf etmiş bir süni intellekt köməkçisinə çevirmək üçün hərtərəfli bir yeniləmə üzərində işləyir.
525.az xəbər verir ki, "Campos" kod adı verilən bu layihə çərçivəsində “Siri”, “Google”ın “Gemini”texnologiyası əsasında hazırlanmış xüsusi “Apple”modeli ilə təchiz olunacaq.
Bu əməkdaşlıq “Siri”nin sadə əmrləri yerinə yetirən köməkçidən dərin düşüncə qabiliyyətinə və səlis nitqə malik süni intellektə çevrilməsinə imkan verəcək.
Ən böyük struktur dəyişikliyi, “Siri”nin fon köməkçisi kimi deyil, “Apple” cihazlarına dərin inteqrasiya olunmuş müstəqil bir tətbiq kimi daha çox fəaliyyət göstərməsi olacaq.
Məhəmməd Tağıyev



