|
|
|
|

Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 10:34-də əvvəlcə 4.1, daha sonra isə 4.2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 10.73 və 6.91 km dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı hər hansı dağıntı və ya təlafat barədə məlumat verilməyib.
İbrahim Cəfərov



