|
|
|
|

ABŞ-nin bir çox bölgəsində başlayan qar fırtınası səbəbindən təxminən 10 min uçuş ləğv edilib.
525.az xəbər verir ki, Texasdan ölkənin şimal-şərqinə qədər uzanan bölgələrdə güclü qar və temperaturun daha da aşağı düşməsi gözlənilir.
Bu barədə ABŞ Milli Meteorologiya Xidmətinin (NWS) məlumat yayıb.
Ölkə daxilində uçuşları izləyən “FlightAware” veb saytının məlumatına görə, bölgəyə təsir etməyə başlayan qar fırtınası səbəbindən 9600-dən çox uçuş ləğv edilib. Onların sayının artacağı qaçılmazdır.
Qeyd edək ki, səlahiyyətlilər 10-dan çox ştatda hava vəziyyəti ilə əlaqədar insanları evdə qalmağa və zərurət olmadığı təqdirdə açıq havaya çıxmamağa çağırıb.
L.Tağıyeva



