|
|
|
|

Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan gəmi batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mindanaodakı Zamboagna limanından Sulu adasına gedən "M/V Trisha Kerstin 3" gəmisinin Pilas adası yaxınlığında batmasına texniki nasazlıq səbəb olub.
Pilas adasının aid olduğu Basilan əyalətinin meri Arsina Laja Kahing-Nanoh bildirib ki, 332 sərnişin və 27 heyət üzvü, ümumilikdə 359 nəfəri daşıyan gəminin batması nəticəsində ilkin məlumata görə, 15 nəfər ölüb.
O, Filippin Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirildiyini və indiyə qədər 138 nəfərin xilas edildiyini, 43 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
İbrahim Cəfərov



