|
|
|
|

İsrail tərəfindən azad edilən 7 fələstinli məhbus Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlahdakı Əl-Əqsa Şəhidləri xəstəxanasına aparılıb.
525.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlama yayıb.
Bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 7 fələstinli məhbusu Qəzzanın cənubundakı Kerem Əbu Salim sərhəd keçid məntəqəsində təhvil alıb.
Azad edilən məhbuslara ailələri ilə əlaqə saxlamağa və görüşməyə icazə verilib, lakin onların sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.
Bunadək sonuncu dəfə 11 yanvarda İsrail Qəzzada, bir qadın olmaqla 12 fələstinli məhbusu azad etmişdi.
İsrailin insan haqları təşkilatı B'Tselemin 20 yanvarda yaydığı açıqlamada bildirilib ki, 2023-cü ilin oktyabr ayından etibarən İsrail həbsxanalarında 84 fələstinli məhbus ölüb, onların əksəriyyəti Qəzza zolağından olub.
İbrahim Cəfərov



