|
|
|
|

“İran hakimiyyəti yaxın günlərdə ölkə daxilində internetə giriş məhdudiyyətlərini tamamilə aradan qaldıracaq”.
525.az xəbər verir ki, bunu İslam Respublikasının i BMT-dəki daimi nümayəndəsi, səfir Əli Bəhreyni bildirib.
Onun sözlərinə görə Tehran internetin uzunmüddətli bağlanmasında maraqlı deyil, çünki bu, iqtisadiyyatın tam olaraq işləməsinə mane olur.
Diplomat qeyd edib ki, internet müəyyən qədər ictimaiyyət üçün artıq əlçatandır.
"İ nternetə tam çıxış çox tezliklə bərpa olunacaq. Bu, bir neçə gün ərzində baş verə bilər”, - diplomat söyləyib.
Pərvanə Sultanova



