|
|
|
|

Kambocanın Baş naziri Hun Manet ölkənin Qəzzaya dair Sülh Şurasına qoşulacağını açıqlayıb.
525.az xəbər verir ki, bu barədə "Khmer Times" nəşri məlumat yayıb.
Baş nazir qeyd edib ki, Kamboca ABŞ Prezidenti Donald Trampdan Sülh Şurasında iştirak etmək üçün rəsmi dəvət alıb və onlar bu təşəbbüsə qoşulmaq istəyini təsdiqləyib.
Hökumət rəhbəri deyib ki, bu addım Asiya ölkəsinin xoşməramlılığını və qlobal sülhün qorunmasına sadiqliyini əks etdirir.
Pərvanə Sultanova



