Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 9 004 nəfərə çatıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 22 525 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.
Cəmi 1 gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 25 nəfər ölüb, 38 nəfər isə ölümcül virusa yoluxub.