
Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın federallaşması məsələsini referenduma çıxarmağa hazırdır.
Bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir.
“Mən federallaşma məsələsini, dövlət dili məsələsini referenduma çıxarmağa hazıram. Və mən nəticəni bilirəm”, deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Kiyevdə keçirilmiş danışıqlar zamanı Ukraynanın federallaşması məsələsini müzakirə etmədiyi bildirilmişdi.



