
İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
525.az-a İran səfirliyindən verilən məlumata görə, səfər zamanı o, İranla Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.
Nümayəndə heyətinə müxtəlif nazirliklərin, iqtisadi qurumların və özəl sektorun təmsilçiləri daxildir. Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.
Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.
Pərvanə Sultanova




