|
|
|
|

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
525.az-a Naxçıvan Beynəlxalq Hava Limanından verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.
Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.



