|
|
|
|

“Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İranın raket hücumları nəticəsində zərərçəkənlərin sayı 112 nəfərə çatıb.
525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Onların arasında müxtəlif ölkələrin, o cümlədən BƏƏ, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Misir, Hindistan, Pakistan, Sudan, Türkiyə, Şri-Lanka və digər ölkələrin vətəndaşları var.
Qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemləri 6 martda doqquz ballistik raketi aşkarlayaraq məhv edib. 112 drondan isə 109-u ələ keçirilib, 3-ü ölkə ərazisinə düşüb.
İranın təcavüzündən bu yana 205 ballistik raket aşkar edilib, onlardan 190-ı məhv edilib, 13-ü dənizə, ikisi isə ölkənin ərazisinə düşüb.
Pərvanə Sultanova



