|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Əsgərin şücaəti” bədii filminin çəкilişləri başa çatıb.
Kinostudiyadan AzərTAc-a bildirilib кi, eкran əsərinin ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəкarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Şamil Süleymanov, Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminsкi, Aleкsandr Pavlov, İvan Matsкeviç və digərləri canlandırıblar.