|
|
|
|

“Azərbaycana və Ermənistana sabit, hərtərəfli, davamlı sülh arzulayıram”.
525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə toplantısında deyib.
O qeyd edib ki, Ukrayna prezidentinin Ermənistana səfəri əlamətdar hadisədir, çünki bu səfər 24 ildə ilk dəfədir baş tutur.
“Çağırışlar aydındır. Əvvəla, İrandakı müharibə hələ həll olunmayıb və bu, uzunmüddətli qeyri-sabitliyə səbəb ola bilər. Buna görə də ilk növbədə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığımız səmimi olmalıdır və bir-birimizə qışa hazırlaşmaqda və enerji çətinliklərinin öhdəsindən gəlməkdə kömək etməliyik, eləcə də Hörmüz boğazı və İran xalqı üçün uzunmüddətli həll yolu tapmaq üçün çalışmalıyıq", - Zelenski deyib.
Ukrayna prezidenti, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna və Avropaya qarşı müharibəsi davam edir. Bu yay Rusiya tərəfi növbəti addımı müəyyən edəcək: müharibəni genişləndirmək, yoxsa diplomatiyaya müraciət etmək. Rusiya bu müharibəyə son qoymasa, nə edəcəyimizə diqqət yetirməliyik.
Pərvanə Sultanova



