https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Neymarın Robinyoya hücumu ilə bağlı araşdırma başladı

Neymarın Robinyoya hücumu ilə bağlı araşdırma başladı

"Santos" futbolçuları Neymar və Robinyo Junior arasında baş verən qalmaqalla əlaqədar araşdırma başladıb.

525.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

2 gün öncə məşq zamanı 34 yaşlı hücumçu Neymar 18 yaşlı yarımmüdafiəçi Robinyo Juniora qarşı kobud hərəkət edib. Mənbə bildirir ki, gənc futbolçu Neymarı keçdikdən sonra təcrübəli oyunçu bunu hörmətsizlik kimi qəbul edib və əsəbiləşərək əvvəlcə ona ayaq ilişdirib.

Daha sonra tərəflər arasında mübahisə yaranıb və qarşılıqlı itələşmə olub. İddialara görə, Neymar hətta komanda yoldaşına zərbə də endirib.

"Santos" isə yaydığı açıqlamada artıq daxili araşdırmanın başladıldığını bildirib. Araşdırmaya Hüquq Departamenti cavabdehlik daşıyır. 

"Globo"nun xəbərinə görə, Robinyo hadisədən sonra minimal təhlükəsizlik standartlarının olmaması səbəbindən müqaviləsini ləğv etmək istəyir. ESPN-in yaydığı məlumata görə isə, Neymar məsələyə görə Robinyodan üzr istəyib.

Qeyd edək ki, Robinyo Junior Braziliya millisinin məşhur sabiq oyunçularından olan Robinyonun oğludur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.