https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Kvaratsxeliya ailəsindən yeni ulduz gəlir?

Kvaratsxeliya ailəsindən yeni ulduz gəlir?

Almaniyanın "Bavariya" klubu gürcü futbolçu Tornike Kvaratsxeliyanın transfer edə bilər.

525.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Tornike PSJ-nin və Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanın kiçik qardaşıdır.

16 yaşlı yarımmüdafiəçinin hazırda Münhendə olduğu və yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi bildirilib. O, hazırda "Dinamo" Tbilisi klubunun əvəzedici komandasında çıxış edir. Mayın 2-də isə ilk dəfə əsas komandanın heyətinə daxil edilib.

Tornike Kvaratsxeliya Gürcüstanın U-17 millisində də forma geyinir və perspektivli futbolçulardan hesab olunur. O, qardaşı kimi sol cinahda oynayır.

Xatırladaq ki, Kvaratsxeliya qardaşlarının atası Badri Kvaratsxeliya Azərbaycan millisinin sabiq üzvüdür. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.