https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Artetadan final şərhi

Artetadan final şərhi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında finalına yüksəlməkləri barədə danışıb.

525.az UEFA-nın saytına istinadən xəbər verir ki, London təmsilçisi ötən gecə yarımfinalın cavab matçları çərçivəsində "Bavariya"nı üstələyib - 1:0 (ilk oyun - 1:1). 

Arteta isə bu uğuru belə şərh edib: "Möhtəşəm bir axşamdır. Hamımız birlikdə tarix yaratdıq. Bu uğurda payı olan hər kəs üçün şadam. Tribunalar bizi çox xüsusi və özünəməxsus şəkildə qarşıladı. Stadionda əla atmosfer var idi. Bunun bizm üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşdük. 20 ildən sonra tarixdə 2-ci dəfə Çempionlar Liqasının finalındayıq.

"Klubu məqsədlərinə çatdırmaq öhdəliyimizdə birik. Bəzən uğursuzluqlarımız olub, bu qaçılmazdır. Biz sevgi ilə, həvəslə çalışdıq və gördüyümüz işə inandıq. Budur, bizi Budapeştdə xüsusi bir gün gözləyir".

Qeyd edək ki, "Arsenal" finalda "Bavariya" - PSJ cütünün qalibi ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.