https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Halkın yeni klubu açıqlandıı

Halkın yeni klubu açıqlandıı

Braziliyalı ulduz hücumçu Halk karyerasını yeni klubda davam etdirəcək.

525..az xəbər verir ki, 39 yaşlı forvard "Fluminense" ilə müqavilə bağlayıb. Təcrübəli futbolçu ilə imzalanan anlaşma 2027-ci ilin sonuna qədər nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub.

Braziliya klubunun rəsmi açıqlamasında Halkun zəngin karyerasına diqqət çəkilib: “Braziliyanın həqiqətən seçilən futbolçularından biri ilə 31 dekabr 2027-ci ilə qədər müqavilə imzaladıq. Halk çıxış etdiyi bütün klublarda çempionluqlar qazanıb”.

Qeyd edək ki, hücumçu son olaraq "Atletiko Mineyro" klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Halk 2021-ci ildən çıxış etdiyi "Atletiko Mineyro" ilə Braziliya çempionu olub, həmçinin dörd dəfə Minas-Jerays ştat çempionatının qalibi adını qazanıb. O, bu komandada keçirdiyi 309 oyunda 140 qol vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.