https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Ronaldo və Messi İnstaqramda milyonlarla izləyici itirdi

Ronaldo və Messi İnstaqramda milyonlarla izləyici itirdi

Kriştiano Ronaldo və Lionel Messi bugünlərdə İnstaqramda aparılan genişmiqyaslı saxta hesab təmizlənməsindən sonra milyonlarla izləyici itirib.

525.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Meta öz platformalarında qeyri-aktiv, spam və bot hesabların silinməsinə başlayıb. Məqsəd isə sosial şəbəkədə real hesabların etibarlılığını artırmaq və süni aktivliyin qarşısını almaqdır.

Ən böyük itkini Kristiano Ronaldo yaşayıb. Bildirilir ki, portuqaliyalı ulduz təxminən 20 milyon izləyici itirib. Buna baxmayaraq, o, hazırda da 664 milyon izləyici ilə dünyanın ən populyar Instagram hesabı olaraq qalır.

Lionel Messi isə təxminən 10 milyon izləyici itirib. Dünya çempionunun hesabındakı izləyici sayı 515 milyondan 505 milyona düşüb.

Ekspertlər hesab edir ki, bu azalma futbolçuların populyarlığının aşağı düşməsi anlamına gəlmir. Çünki silinən izləyicilərin böyük hissəsi saxta və ya aktiv olmayan hesablardan ibarət olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.