https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

AFFA bu komandaların Premyer Liqada iştirakına icazə verdi

AFFA bu komandaların Premyer Liqada iştirakına icazə verdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Qəbələ” İK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Şamaxı” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Bakı Sportinq” FK, “Difai” FK, “İmişli” PFK, “Karvan-Yevlax” FK, “Kəpəz” PFK İB, “Mingəçevir” FK, “Səbail” PFK, “Şəfa” FK.

4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Cəbrayıl” FK, “Dinamo” FK, “Qaradağ Lökbatan FK”, “Quba” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Xankəndi” FK, “Zaqatala” PFK.

5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Ağstafa Gəncləri” FK, “Araz Saatlı” FK, “Biləsuvar” FK, “Kür Araz” FK, “Lənkəran” FK, “Marafon” İK, “Ramana” FK, “Samur” FK, “Şəfəq” FK, “Şəki Siti” FK, “Şirvan” FK, “Zəngəzur” FK

6.  II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Ağdaş” FK, “Xəzər Ağcabədi” FK.

7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “İmişli” PFK, “Qəbələ” İK, “Liman” UFK, “Sabah” FK, “Şəfa” FK, “Ümid” FK.

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

Qeyd edilib ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.

Bu da bildirilib ki, II Liqa yarışlarında iştirak edən “Göygöl” FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən “Təhsil 8” FK və “Zaqatala”QFK lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.