https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Azərbaycan millisi Rumıniyaya böyük hesabla uduzdu

Azərbaycan millisi Rumıniyaya böyük hesabla uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

525.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 millimiz növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Azərbaycan yığması ilk matçında Litvaya 1:4 hesabı ilə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.