https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı

"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı

"Liverpul" qəzada həlak olan Dioqo Jota və qardaşı Andre Silvaya həsr olunmuş xatirə abidəsi ucaldıb.

525.az klubun saytına istinadən xəbər verir ki, kompozisiya Jotanın "mersisaydlılar"da oynayarkən geyindiyi forma nömrəsinin şərəfinə "Əbədi 20" adlandırılıb.

Mərkəzdə futbolçunun qolları qeyd edərkən göstərdiyi jesti xatırladan ürək formalı sənət əsəri quraşdırılıb. Müxtəlif bucaqlardan baxıldıqda, qardaşların oyun nömrələri olan 20 və 30 rəqəmlərini ayırd etmək mümkündür.

Abidədə həmçinin "Liverpul" azarkeşlərinin hər matçın 20-ci dəqiqəsində Jotanın xatirəsinə oxuduqları mahnının sözləri də yer alıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.