
“Çətin mərhələ idi. Yarışın ilk hissəsində 3 metrlik fərq yaranmışdı. Amma bu məsafəni aradan qaldıra bildik. Komandam üçün vacib qələbə qazandım”.
525.az xəbər verir ki, bu sözləri "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olan italiyalı Marko Manenti deyib.
"Bardiani CSF 7 Saber" komandasının üzvü daha yaxşı nəticələrə imza atacaqlarına inanır: “Çətin mərhələ idi. Əlimizdən gələni etdik ki, yaxşı nəticə qazanaq. Sabah da məqsədimiz sprinter köynəyini saxlamaqdır. Bu qələbə bizim üçün başlanğıcdır. Xallar qazanmaq önəmlidir. Çox yaxşı komanda olduğumuzu hesab edirəm”.
Manenti yarışın çətinliklərindən də söz açıb: “Əsas çətinlik havadır. İtaliyada bu vaxt belə istilər olmur (gülür)”.
Son 200-300 metrdə birincilik uğrunda gərgin mübarizə gedirdi, bir neçə idmançının qalib olmaq şansı var idi. Maraqlıdır, italiyalı velosipedçi üçün qalib olmaqda həlledici məqam hansı oldu?
“Həlledici məqam finiş öncəsi sonuncu döngə idi. Mən sona yaxın lider deyildim. “Astana” komandasının idmançının arxasında idim. Lakin düzgün mövqe seçməyim qalib olmağıma gətirib çıxardı. Düşünürəm ki, Azərbaycan məni sevdi, mən də Azərbaycanı”.



