https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Neftçi" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi

"Neftçi" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir. 

525.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən Gəncə klubu rəqibini Sumqayıtda qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq. 

Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib. 

Günün ikinci matçı da Sumqayıtda keçirilib. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkib. Qarşılaşmadan Naxçıvan təmsilçisi 3:2 hesablı qələbə ilə üstün ayrılıb. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb. 

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq. 

23 may (şənbə)

19:00. “Araz-Naxçıvan” - “Zirə” - 3:2 

Qollar: Patrik Andrade, 15 (1:0), Felipe Santos, 32 (2:0), Ruan Renato, 69 (2:1), Ramon Maçado, 73 (3:1), Junior Martins, 82 (3:2)
Baş hakim: Əkbər Əhmədov
"SOCAR Polymer Arena"

15:00. “Kəpəz” - “Neftçi” - 0:1

Qol: Fredi Varqas 54
Qırmızı vərəqə: İfeanyi Metyu, 65 ("Neftçi")
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

24 may (bazar)

16:00. “İmişli” - “Karvan Yevlax” 

21 may (cümə axşamı)

 “Qəbələ” - “Şamaxı” - 3:1

22 may (cümə)

"Sumqayıt" - "Qarabağ" - 3:4

"Turan Tovuz" - "Sabah" - 1:2

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.