https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Qarabağ"ın U-19 komandası çempion oldu

"Qarabağ"ın U-19 komandası çempion oldu

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası AFFA Gənclər Liqasının qalibi olub. Klub buna 2025-2026-cı illər mövsümünün son turunda nail olub.

525.az xəbər verir ki, 2-ci mərhələdə A qrupunda mübarizə aparan "Qarabağ" 10-cu turda “Neftçi”ni qəbul edib. Qarşılaşma Sərhədçi İdman Mərkəzinin stadionunda keçirilib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” xallarının sayını 25-ə çatdırıb. Bununla da 1-ci yeri tutaraq Azərbaycan çempionu adına sahib çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası ölkəmizi 2026/27 mövsümündə UEFA Gənclər Liqasının Çempionlar yolunda təmsil edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.