https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Avropa Yay Oyunları üçün Bakıda yeni stadion tikiləcək- (VİDEO)

Avropa Yay Oyunları üçün Bakıda yeni stadion tikiləcək-  (VİDEO)

3 ildən sonra dünyada ilk dəfə keçiriləcək Avropa Yay Oyunlarına ilk olaraq ev sahibi olmaq şərəfi bizim ölkəyə verilib. Avropa Olimpiya Komitəsinin Romada keçirdiyi Baş Assambleyasında verdiyi bu qərar ölkəmizdə sevinclə qarşılanıb.

Öz qonaqpərvərliyi ilə hər kəsin diqqətini cəlb edən ölkəmiz 2015-ci ildə ölkəmizə gələcək idmançıların yarışması üçün ayrıca stadion tikməyi qərara alıb. Evrovizion-2012 mahnı müsabiqəsindən sonra paytaxt Bakı indi də Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Oyunların keçirilməsi üçün stadion Böyük Şor adlanan yerdə tikiləcək.

Hazırda ərazidə gölün qurudulması işləri aparılır. Gələn ilin may ayından isə stadionun tikintisinə başlanılacaq. Avropa Olimpiya Oyunları ilə bağlı Olimpiya Şəhərciyi də salınacaq. Bu məqsədlə Heydər Əliyev prospektində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya Oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsi nəzərdə tutulur. Şəhərcikdə müxtəlif avadanlıqlar, yeməkxanalar, istirahət mərkəzləri quraşdırılacaq. Qurğuların əksəriyyəti müvəqqəti tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək.

Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, tikintini aparan şirkətlərlə danışıqlar artıq aparılıb. Bakıda Avropa Oyunları çərçivəsində 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycanda bütün məsələlər Avropa qanunvericiliyinə uyğunlaşdırılmalı, yeni təhlükəsizlik sistemi qurulmalı, nəqliyyat sistemi yeniləşdirilməlidir. Qeyd edək ki, Avropa Yay Oyunlarının 2015-ci il iyununda keçirilməsi planlaşdırılır.



ANS TV
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.