https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
search
2 İyul 2026
1 İyul 2026

Ramin Musayev: “Böyük oyun” təxirə salınmayacaq”

Ramin Musayev: “Böyük oyun” təxirə salınmayacaq”

Bu gün “Xəzər Lənkəran” və “Neftçi” arasında Premyer Liqanın 17-ci turunun oyunu baş tutacaq.  Bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun rəsmiləri bildiriblər ki, Lənkəran şəhərinə yağış yağdığından stadionun ot örtüyündə problemlər yaranıb. Klubun icraçı direktoru Höccət Hacıyev bu səbəbdən görüşün təxirə salınacağını istisna etməyib.

PFL prezidenti qeyd edib ki, AFFA və rəhbəri olduğu qurumun nümayəndələri az öncə stadiona baxış keçiriblər. “Meydançanın bəzi yerlərinə su yığılıb ki, hazırda da ora təmizlənir. Əgər saat 16.00-a, oyunun başlanmasına qədər qeyri-adi hadisə baş verməsə, görüş baş tutacaq. Yəni oyunun təxirə salınma ehtimalı sıfır faizdir” – deyə o vurğulayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.