Malaziyada ögey atanın uşağını ölümünə döydüyü görüntülər izləyənləri şok edib.
525.az-ın məlumatına görə, ölkəni ayağa qaldıran görüntülərdə gənc ata ögey oğlunu vəhşi kimi döyərək, otaqdakı doğma uşağa toxunmayıb. Görüntülər güzgünün içinə yerləşdirilən kamera vasitəsiylə çəkilib.
Malaziya polisi 3 yaşlı uşağı döyən gənc adama uşaq istismarı qanununa görə hökm oxuyacaq. Onu 10 il həbs və pul cəzası gözləyir.