|
|
|
|
Zimbabve hakimiyyəti milli valyutanı tam ləğv etmək qərarına gəlib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, iyunun 15-dən başlayaraq zimbabvelilər banklardakı əmanətlərini ABŞ dollarına dəyişmək imkanı əldə edəcək.
Qeyd edək ki, 1 ABŞ dollarının yerli valyutaya - Zimbabve dollarına nisbətdə məzənnəsi 35 kvadrillion (35 000 000 000 000 000) səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, 2008-ci ildə ölkədə baş vermiş hiperinflasiya nəticəsində yerli valyutanın məzənnəsi 500 mlrd faiz aşağı düşüb.
2009-cu ildə yerli valyutanın istifadəsinə qadağa qoyulduğundan dövriyyəyə ABŞ dolları və Cənubi Afrika Respublikası rendi daxil olub.